Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / Azərbaycan millisi rekord xalla Avropa çempionu olub

Azərbaycan millisi rekord xalla Avropa çempionu olub

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Belə ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə millnin topladığı ən yüksək xaldır.

Yığmanın ən yaxın izləyicisi Gürcüstanı 10 xal qabaqlayıb. Türkiyə isə 113 xalla 3-cü yeri tutub.

Xatırladaq ki, Azərbaycan güləşçilərindən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …