Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Yol hərəkəti ilə bağlı Dövlət Proqramı təsdiqləndi – SƏRƏNCAM

Yol hərəkəti ilə bağlı Dövlət Proqramı təsdiqləndi – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Nazirlər Kabinetinə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etməlidir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …