Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Kiyevdə Müslüm Maqomayevin adına park açılır

Kiyevdə Müslüm Maqomayevin adına park açılır

Bu gün Ukraynanın paytaxtı Kiyevdə görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq xatirə parkının açılışı olacaq.

“Report” xəbər verir ki, park Azərbaycan baritonunun anadan olmasının 75 illik yubiley şərəfinə salınıb.

Rəsmi açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin iştirakı gözlənilir.

Həmçinin bu gün Kiyevdə P.İ.Çaykovski adına Milli Musiqi Akademiyasında M.Maqomayevin xatirə gecəsi keçiriləcək.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …