Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bakıda iki azyaşlı valideynlər tərəfindən atılıb – Video

Bakıda iki azyaşlı valideynlər tərəfindən atılıb – Video

Bakıda iki azyaşlı uşaq 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib.

“ Azinforum.az ” ın Xezerxeber.az-a istinadən məlumatına görə, təqribən 5-6 yaşlarında olan uşaqların valideynləri tərəfindən atıldığı ehtimal edilir. 

Onları polisə təhvil verən dayə bildirib ki, uşaqların anası baxması üçün balacaları onun yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb

Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var, amma lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub.

Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.

Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın (055) 466-08-06 nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …