Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bakıda çökmüş yolun altında gizli tunel aşkarlandı (FOTO)

Bakıda çökmüş yolun altında gizli tunel aşkarlandı (FOTO)

Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Facebook” səhifəsində məlumat paylaşıb.
“Ehtimal olunur ki, bu ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı sabah məlumat veriləcək”, – deyə Nəcəfli bildirib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …