Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Paşinyan Ağdamın səngərlərinə girdi – FOTO (Yenilənib)

Paşinyan Ağdamın səngərlərinə girdi – FOTO (Yenilənib)

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı cəbhənin təmas xəttində olub.

Bu barədə Paşinyanın Mətbuat Xidməti məlumat yayıb.

Ona mühəndislik və bərkidici infrastrukturların, eləcə də etibarlı müdafiəni reallaşdırmağın yeni texnologiyaları təqdim edilib.

Paşinyanı səfəri zamanı qondarma rejimin rəhbəri Bako Saakyan, Ermənistanın müdafiə naziri David Tonoyan, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan, Ermənistan Baş Qərargahının baş inspektoru Movses Akopyan, qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan müşayiət ediblər.

***

Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Davit Tonoyan səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Xəbəri Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeğoyan təsdiq edib.

Məlumata görə, Qarabağa bir günlük gələn Paşinyan, ilk növbədə Xocavənd rayonunun Çartar kəndində yeni tikilən kilsəni ziyarət edib.

Gündəmdəki məlumatların daha sonra yayılacağı bildirilir.(virtualaz.org)

***

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedəcək.

APA-nın “News.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin mətbuat katibi Arman Eqoyan məlumat verib.

Hazırda səfərin hansı məqsədlə baş tutacağı bilinmir. Detallar barədə sonra məlumat veriləcək.

 

Həmçinin oxuyun

Ermənistana məxsus PUA zərərsizləşdirilib

Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən …