Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə – VİDEO-FOTOLAR

Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə – VİDEO-FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. And içən gənc əsgərlər arasında Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də olub.
Heydər Əliyevlə and içən əsgərlər arasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi də olub. Xalq şairinin qız nəvəsi olan Fikrət Qocayev babasının adını daşıyır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Xatırladaq ki, mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalq şairi Fikrət Qoca ilə də görüşüb. Onun nəvəsinə hərbi xidmətdə uğurlar arzulayıb/Unikal.org

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …