Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Zaqatalada 50 yaşlı iki uşaq anası intihar edib

Zaqatalada 50 yaşlı iki uşaq anası intihar edib

Zaqatalada iki övlad anası intihar edib.

Virtualaz.org xəbər verir ki, hadisə fevralın 27-si günorta saat 15 radələrində rayonun Mazıx kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Məhəbbət Umarxan qızı Səfərovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş talvardan asılı vəziyyətdə mərhumun həyat yoldaşının qardaşı tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı 50 yaşlı M.Səfərovanın intihar etdiyi məlum olub. Məlumatda o da bildirilir ki, evli və iki övlad anası olan M.Səfərova son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirdi. Qadın intihar edən zaman evdə tək olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın