Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Berlində Yeni il yarmarkasını qana boyayan tunisli terrorçu öldürüldü

Berlində Yeni il yarmarkasını qana boyayan tunisli terrorçu öldürüldü

Ötən həftə sonu Berlində ənənəvi Yeni il yarmarkasına qaçırdığı TIR-la hücum edib adamları tapdalayan və azı 12 nəfəri öldürən terrorçu İtaliyanın Milan şəhərində öldürülüb.

Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” polisdəki mənbələrə istinadən bildirir. Tunisdən olan və Almaniyadan sığınacaq almaq istəyən terrorçu Anis Amrinin polislə atışmada öldürüldüyü bildirilir.

Xatırladaq ki, Anis Amri Polşa yükdaşıma şirkətinə məxsus TIR-ı sürücüsü ilə birlikdə qaçırıb və Berlində yeni il yarmarkasında dəhşətli terror törədib. TIR-ın sürücüsü ona müqavimət göstərmək istərkən terrorçu tərəfindən öldürülüb.

Virtualaz.org

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın