Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Yeni icra başçısı: “Zəhər Mamed” kimdir?

Yeni icra başçısı: “Zəhər Mamed” kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Tovuz rayonuna icra başçısı təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə bu rayona rəhbərlik Məmməd Məmmədova həvalə edilib.

Bəs M. Məmmədov kimdir?

Azinforum.az bakupost-a istinadən xəbər verir ki, yeni icra başçısı Tovuzun Qaraxanlı kəndində anadan olub. Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən “Zəhər Mamed” ləqəbi ilə tanınıb.

Bundan başqa o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …