Azinforum.az xəbər verir ki, martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın qadınlarına fəxri adların və nişanların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında səmərəli fəaliyyətlərinə görə:
Cəfərova Siyatel Sevindik qızı
“Əməkdar müəllim” fəxri adı ilə;
Fətullayeva Rəna Faiq qızı
“Əməkdar həkim” fəxri adı ilə;
Ağayeva Günəş Əkrəm qızı
“Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə;
Abbasova Zülfiyyə Mərdan qızı
Nəcəfova Nuranə Südeyib qızı
“Əməkdar tibb işçisi” fəxri adı ilə;
Bayramova Çiçək Yunis qızı
Camalova Roza Əvəz qızı
Hüseynəlili Zivər İnşallah qızı
Təmoyeva Sənubər İsmixan qızı
Vəliyeva Mahirə Salman qızı
“Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.”