Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Rüstəm İbrahimbəyov xalqımızı aşağıladı, Əli Həsənov çağırış etdi

Rüstəm İbrahimbəyov xalqımızı aşağıladı, Əli Həsənov çağırış etdi

Prezidentin köməkçisi Əli Həsənov: “Mən çox istərdim ki, hər kəs … ədaləti və reallığı danan bu “məşhur ssenaristə” münasibət bildirsin”

Musavat.com xəbər verir ki, 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filminə görə Azərbaycanın xəbər məkanında ciddi gərginlik yaranıb. Belə məlum olur ki, bu filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Məsələnin maraqlı tərəfi budur ki, bu skandal filmin ssenari müəllifi “özümüzünküdür”! Milli Şura adlı qurumun yaradıcısı və hazırda oranın fəxri sədri olan Rüstəm İbrahimbəyov! Filmin rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur.

Filmin millətimizi aşağılayan tərəfləri və detalları barədə məşhur kinorejissor Ayaz Salayev ciddi bir təhlil yazıb. Təhlil yazısını bu linkdən oxuya bilərsiniz:

https://minval.az/news/123793478

Bu fakt Azərbaycanın siyasi hakimiyyətinin də diqqətini cəlb edib. Belə ki, Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri bu barədə Facebookdakı səhifəsində xüsusi status yazıb. Musavat.com həmin statusu təqdim edir:

“Mən çox istərdim ki, hər bir Azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu “məşhur senaristə” münasibət bildirsin….

Çox hörmətli kinorejissor Ayaz Salayevə əsl vətəndaşlıq mövqeyinə görə dərin təşəkkürümü bildirirəm…
Əli Həsənov”.

Bu barədə əlavə yazı və A. Salayevin məqaləsinin tərcüməsi musavat.com saytında yayımlanacaq.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …