Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Rəsmi Bakıdan Paşinyana cavab

Rəsmi Bakıdan Paşinyana cavab

Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq Azərbaycanın 25 ildən artıqdır danışıqları davam etdirməsi ən böyük güzəştdir.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına cavab olaraq deyib.

XİN rəsmisi diqqətə çatdırıb ki, ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır: “Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında belə bir iddia irəli sürüb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin və yalnız bundan sonra Emənistan güzəştləri barədə məlumat verə bilər. Münaqişənin siyasi həllinə nail olmaq üçün ilk növbədə işğal ləğv olunmalıdır və status-kvo dəyişməlidir. Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …