Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Qurtuluşun 100 illiyinə həsr olunmuş paraddan FOTOLAR

Qurtuluşun 100 illiyinə həsr olunmuş paraddan FOTOLAR

Bu gün paytaxt Bakıda, “Azadlıq” meydanında şəhərin azad edilməsinin 100 illiyi münasibəti ilə möhtəşəm parad keçirilib.

Paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Erdoğanın da iştirak ediblər. Yüzlərlə vətəndaş göstərini izləmək üçün paradın keçiriləcəyi “Azadlıq” meydanı və Neftçilər prospekti istiqamətinə axın edib. Paradda ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları, kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.

Qeyd edək ki, hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq “Azadlıq” meydanı və Neftçilər prospektində qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşevik işğalından azad edib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …