Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Qarabağda qanunsuz qızıl çıxaranlara qarşı proses başladı

Qarabağda qanunsuz qızıl çıxaranlara qarşı proses başladı

“Cənab Prezident, Sizin göstərişinizə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı ilə bağlı erməni və xarici şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsi prosesinə başlanılıb”
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda “AzerGold” QSC-nin sədri Zakir İbrahimov deyib.

“AzerGold” QSC-nin sədri qeyd edib ki, Azərbaycan zəngin ölkədir və ölkəmizdə Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 milyard manatdan artıq təşkil edir.

“Biz inanırıq ki, Sizin rəhbərliyiniz ilə bu sərvətlərdən səmərəli istifadə insan kapitalının daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatın güclənməsi və xalqın rifahının yaxşılaşmasına xidmət edəcək”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …