Myanmanın dövlət müşaviri və hökumətin faktiki rəhbəri Aunq San Su Çji ilk dəfə Rakhayn ştatında Rohinca müsəlmanlarına qarşı kütləvi zorakılığı pisləyib.
“Detuche Welle” xəbər verir ki, Nobel mükafatı laureatı çıxışında insan haqlarının istənilən şəkildə pozulmasının qəbuledilməz olduğunu bildirib: “Dini , etnik, siyasi mənsubiyyətindən asılı olmayaraq hadisənin günahkarları cəzalandırılacaq. Biz hamımız müharibə deyil, sülh istəyirik”.
Aunq San Su Çji regionda baş verənlərlə şəxsən tanış olacağını və xarici müşahidəçiləri ölkəyə buraxacağını açıqlayıb. O, dünya ictimaiyyətini səbirli olmağa da çağırıb: “Biz böyük sayda problemlərlə üzləşən balaca və gənc demokratiyayıq. Myanma Banqladeşə getmiş qaçqınların geri qayıtmasına kömək etməyə hazırdır”.
Həmçinin oxuyun
Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”
Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …