Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Gürcüstana 40 kq qızıl-gümüş keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana 40 kq qızıl-gümüş keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana 40 kiloqram çəkidə qızıl və zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram çəkidə gümüş əşyaları Türkiyədən gətirib və “Sarpi” gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib. “Mercedes Benz” markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar).

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

gözləyir.

29496742-993097627513920-9022025216002034768-n-1

 

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …