Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr edilən ilk saat markası – Təqdimatdan görüntülər (VİDEO)

Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr edilən ilk saat markası – Təqdimatdan görüntülər (VİDEO)

VMF Şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi, öz adını daşıyan ilk saat markası – “VMF” saatlarının təqdimat mərasimini keçirib.
MİA.az xəbər verir ki, tanınmış elm, sənət adamları və ictimai xadimlərin də iştirak etdiyi tədbir VMF Şirkətinin tarixinin qısa xülasəsi ilə açılıb. Daha sonra VMF saat kolleksiyaları təqdim olunub.
Milli ruhdan ilhamlanaraq muasir dövrun tələblərini ozundə əks etdirən VMF saatları adları ilə qonaqların diqqətini cəlb edib; VMF saatları “Klassik”, “Ənənə”, “Miras”, “İdman” və “Şəhər” saat kolleksiyalarından ibarətdir. Bu kolleksiyalara “Muğam”, “Ulduz”, “Miras”, “İrs”, “Tor”, “Eleqant”, “Naxış”, “Mirvari”, “Bulvar”, “Azman”, “Balans” ailələri daxildir. Mərasimdə həmçinin VMF saatlarının elçiləri də təqdim olunub.
Tədbirin sonunda Çingiz Mustafayev adına fondun təsis etdiyi mükafatlar sahiblərinə verilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …