Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Avtomobillərin texniki baxışdan keçirməsi üçün verilən vaxt uzadılıb

Avtomobillərin texniki baxışdan keçirməsi üçün verilən vaxt uzadılıb

Avtomobillərin texniki baxışdan keçirməsi üçün verilən vaxt uzadılıb.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İndiyədək vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməli idi. Dəyişikliklə bu müddət 10 gün deyil, 20 gün olacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …