Ana səhifə / Kriminal / MTN-in iki generalı yenidən məhkəmə qarşısında – FOTOLAR

MTN-in iki generalı yenidən məhkəmə qarşısında – FOTOLAR

Eldar Mahmudovun ən yaxın adamları olan Teymur Quliyev və  Sübahir Qurbanov apellyasiya məhkəməsindən bəraət istəyir

Oktyabrın 18-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev və  Transmilli İqtisadi Cinayətkarlığa  Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun apelyasiya şikayətləri üzrə məhkəmə iclası başlayıb.

Belə ki, generalların və onların işçilərinin şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılır.

Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov  barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Maraqlıdır ki, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova və polkovnik Füzuli Əliyev apelyasiya şikayətini  geri götürüblər. Əməliyyat-Texniki İdarəsinin polkovniki Elşad Əzizov isə ümumiyyətlə apelyasiya şikayəti verməkdən imtina edib.

Yada salaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il, Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Natəvan Mirvətovaya 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Teymur Quliyev və  Sübahir Qurbanov ile ilgili görsel sonucu

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.

T.Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biri olub. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev Eldar Mahmudovun “qara qutusu” hesab olunurdu. Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etməyib. Məlumata görə, hakimiyyət təmsilçiləri də  Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib.

Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, iddialar var ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb. T.Quliyevi 2015-ci il  oktyabr ayının 18-də Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında həbs ediblər.

T.Quliyev DİN-in İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.

Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta – MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biri idi.

Sübahir Qurbanov 1980-ci ilin dekabrından Daxili İşlər Nazirliyində zabit rütbəsində bir sıra vəzifələrdə işləyib, 2004-cü ilin avqust ayında keçmiş Milli Təhlükəsizlik Nazirliyinə həqiqi hərbi xidmətə qəbul edilib. Keçmiş MTN-də şöbə rəisi vəzifəsindən, sonuncu iş yeri olan – Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi olub.

Ä°lgili resim

S.Qurbanova qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, eləcə də rüşvət alma, və digər maddələrlə ittiham olunurdu.

Qeyd edək ki, ilkin məhkəmə hökmünə əsasən, hər iki generalın hərbi rütbələrinin alınması barədə prezidentə təqdimat göndərilməsi haqda qərar qəbul edilib.

Həmçinin generallar və digərlərinin üzərinə həbs qoyulmuş mülklərinin bir qismi müsadirə olunub, bəzilərinin üzərindən həbs götürülüb. (Musavat.com)

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …