Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / ƏLİ KƏRİMLİNİN SAXLANMASI İLƏ BAĞLI İLK RƏSMİ MƏLUMAT

ƏLİ KƏRİMLİNİN SAXLANMASI İLƏ BAĞLI İLK RƏSMİ MƏLUMAT

Bakı şəhər Baş Polis İdarəsi ötən gün Bakıda Şəhidlər Xiyabanı istiqamətində icazəsiz yürüş-mitinq keçirilməsi cəhdi ilə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumatda bildirilir ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər:

“Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılmış, AXCP-nin sədri Əli Kərimli başda olmaqla, aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılmışlar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunmuş və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”.

***

Son məlumat bundan ibarətdir ki, Milli Şura sədri Cəmil Həsənli və saxlanılanların əksəriyyəti artıq sərbəst buraxılıb.

AXCP sədri Əli Kərimli və daha bir neçə nəfər AXCP fəalı isə hələ də Səbail Polis İdarəsindədir.

Əli Kərimli və AXCP fəallarından 7-si barədə İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsilə protokol tərtib edildiyi və onların bu dəqiqələrdə məhkəmə qarşısına çıxarılacaqları xəbər verilir.

***

Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb. Bəzi məlumatlara görə, Cəmil Həsənlinin halı pisləşib.

Bu arada Milli Şura həbsdə olan Cəmil Həsənli, Əli Kərimli və digərlərinin azadlığa buraxılmasını tələb edən bəyanat yayıb.

Azadlıq Radiosunun məlumatına görə, müxalifətçilər haqda inzibati protokol tutulduğu bildirilir. Şəhidlər Xiyabanının qarşısında saxlanılmış 30-dan artıq müxalifətçi hazırda Səbail rayon Polis İdarəsində saxlanılır. Bu haqda idarənin qarşısına toplaşmış AXCP üzvləri bildiriblər. Saxlanılan müxalifətçilərlə bağlı həyata keçirilən prosedurlar haqqında hələlik heç bir rəsmi açıqlama verilməyib.

Səbail rayon Polis İdarəsinin qarşısına toplaşmış AXCP-çilər 13 patiya üzvü barəsində inzibati protokol tərtib edildiyini deyirlər. Bu haqda onlara polis idarəsindən məlumat verilib.

Həmin müxalifətçilərin İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi ilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) məsuliyyətə cəlb ediləcəyi bildirilir. Sözügedən maddə fiziki şəxslər üçün 300 manatdan 3000 min manatadək cərimə və ya 160 – 240 saat ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs cəzası nəzərdə tutur.

AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də hazırda Səbail rayon Polis İdarəsindədir. Onlar barəsində inzibati protokol tərtib edilib-edilmədiyi haqda məlumat verilmir.

***

17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilərin saxlandığı bildirilir.

Azadliq.org-un məlumatına görə, bu haqda Demokratik Qüvvələrin Milli Şurası-ndan bildiriblər.

Məlumata görə, quruma üzv olan siyasi birliklərin üzvləri kütləvi şəkildə bu gün, noyabrın 17-də ziyarət məqsədi ilə Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumlarının əməkdaşlarının onları xiyabana buraxmadığı deyilir.

Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinins axlandığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Ruslan Qurbanlı da saxlandığını deyib. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail Rayon Polis İdarəsinə aparılıb. Saxlananlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.

eli01

AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda Səbael Polis İdarəsinin həyətində saxlanılır.

Hələlik, Daxili İşlər Nazirliyi və rəsmi qurumlardan müxalifətçilərin saxlanması ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.

0102

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …