Ana səhifə / Tibb / Xəstə çox, həkim yox: Mərkəzi Xəstəxanaya ağxalatlılar axtarılır – VİDEO

Xəstə çox, həkim yox: Mərkəzi Xəstəxanaya ağxalatlılar axtarılır – VİDEO

Bir vaxtlar şimal-qərb bölgəsində məşhur həkimləri ilə tanınan Şəkidə indi ağ xalatlıları gündüz vaxtı çıraqla gəzirlər.

Belə ki, 200 min nəfərə yaxın sakini olan şəhərdə ixtisaslı həkim az qala yox dərəcəsindədir.

Şəhər sakini Çingiz Nağıyev deyir ki, dövlət xəstəxanalarındakı təcrübəli həkimlər işləmək üçün özəl xəstəxanalara gediblər: “Dövlət xəstəxanalarında qalan həkimlərin çoxu da günorta saat üçdən sonra yerində olmur”.

Şəki Rayon Mərkəzi Xəstəxanasının anestezioloq-reanimatoloqu Gülnarə Cabbarova kadr, həkim çatışmazlığının olduğunu etiraf edib: “Həkim məzuniyyət götürəndə yaranmış boşluğu doldurmaq mümkün olmur. Bu da göstərilən xidmətin səviyyəsini aşağı salır və çox çətinlik yaradır. Həkimlərimizin əksəriyyəti müqavilə ilə işləyir”.

Daha ətraflı İTV-nin süjetində:

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …