Çərşənbə , May 8 2024
Ana səhifə / Tibb / Çəpər əyriliyi əməliyyatı xidmətlər zərfinə daxil edilib

Çəpər əyriliyi əməliyyatı xidmətlər zərfinə daxil edilib

“İcbari tibbi sığorta çərçivəsində çəpər əyriliyi xidməti xidmətlər zərfinə daxil edilib. Bununla bağlı tibbi göstəriş olarsa, bu xidmətdən icbari tibbi sığorta çərçivəsində əməliyyat oluna bilərsiniz”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva deyib.

O bildirib ki, əgər çəpər əyriliyi ilə bağlı şikayət təsdiqlənərsə, burun əməliyyatı icbari tibbi sığorta tərəfindən qarşılanır: “Ancaq çəpər əyriliyinin sağlamlığa zərəri təsdiqlənmədiyi hallarda bu əməliyyat icbari tibbi sığorta xidməti çərçivəsində həyata keçirilmir. Çünki plastik və kosmetik əməliyyatlar xidmətlər zərfinə daxil edilməyib”.

Həmçinin oxuyun

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? – VİDEO

Yüksək hərarət, səpki, boğaz ağrısı… Son vaxtlarda uşaqlardakı bu cür simptomlarla bağlı müraciət edənlərin sayında …