Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Sedat Pekerin həbs olunan qardaşı danışdı: “Mənə səsboğusu silah verib…. – TƏFƏRRÜAT

Sedat Pekerin həbs olunan qardaşı danışdı: “Mənə səsboğusu silah verib…. – TƏFƏRRÜAT

Ötən gün həbs edilən Atilla Peker Baş Prokurorluğa göndərilməsi üçün vəsatət istəyib.

Yenisabah.az türk mediasına istinadən xəbər verir ki, o, kiprli jurnalist Kutlu Adalın öldürülməsi ilə bağlı bildiklərini danışıb.

“Qardaşım rəis Sedat Peker 1996-cı ilin martında və ya aprelində mənə zəng edərək Ankarada yerləşən “Sheraton Otel”ində görüşməyi təklif etdi. Onun xahişini yerinə yetirərək dediyi ünvanda onunla görüşdüm.

Orada mənə, Korkut Eken ilə Kiprə getməli olduğumu, polislərimizi və əsgərlərimizi öldürən şəxslərin öldürülməsinin lazım olduğunu dedi.

Ertəsi gün Korkut Eken ilə Kiprə uçmaq üçün aeroporta getdik.

Korkut “Mustafa” adında olan vəsiqə ilə qeydiyyatdan keçdi. Daha sonra mənə “Jericho”dan olan bir silah verdi və biz yoxlanılmadan təyyarəyə mindik.

Kiprə çatdıqdan sonra adını xatırlamadığım bir otelə yerləşdik. Həmin gün polkovnik Galip Mendi və köməkçisi Enver Tosun Yarbay ilə tanış oldum. 

Daha sonra digər otaqda Korkut Eken mənə “UZİ” markalı silah verərək onu necə istifadə edəcəyimi, səsboğucunu necə söküb, taxacağımı izah etdi.

Ertəsi günün axşamı “White Reno Toros” markalı avtomobil ilə Kutlu Adalın evinin yaxınlığına gedərək onu izlədik.

Xatırladığım qədəri ilə Kutlu Adalın həyət evi yola yaxın idi. Evində 4-5 nəfərlik bir yığıncaq olduğunu gördükdən sonra içəri girmədik. Həmin vaxtı belimdə “Jericho” silahı, əlimdə isə səsboğucusu ilə olan “UZİ” var idi. Həmin axşam heçbir şey etmədən geri döndük.

Ertəsi gün yenidən qayıdaraq bir neçə dəfə evin ətrafında dolaşdıq, lakin yenə də evdən çox səs gəldiyi üçün heç bir şey etmədik.

Orda – “Onlar 3 nəfər də olsa öldürməlisən. PKK-lının dostu da PKK-lıdır.” – deyə, Korkut mənə dedi.

Üçüncü gün adını unutduğum bir komandir ilə görüşdük. Korkut Eken ondan həmin şəxsin saxlanılaraq bizə təslim edilməsini istədi.

Bir-iki saatdan sonra şəxsin saxlanıldığı xəbəri gəldi. Biz sürətlə çölə çıxdıq. Həmin zaman 15 yaşlı bir uşağın da onunla birlikdə gətirildiyini, həmin şəxsin isə ətrafını əsgərlərin əhatə etdiyini gördükdən sonra içəri girərək komandirin yanına qayıtdıq. Korkut komandiri danlayaraq: “Sənə beləmi dedim!”- deyə qışqırdı.

Ertəsi gün isə Türkiyəyə geri döndük.

Bir neçə müddətdən sonra qardaşım Sedat Pekerlə görüş təyin etdik. Otağa girdiyim zaman digər şəxslərin də orda olduğunu gördüm. Rəis Sedat Peker – Korkut  və komandirin alnından öpərək “Atillanı gətirdiyiniz üçün təəşəkkür edirəm”- deyərək onlara minnətdarlığını bildirdi.

Daha sonra, “Atilla, biz Kipr işini həll etdik” – deyərək mənə gülümsədi.

Verdiyim ifadənin arxasında dururam və adı çəkilən insanlarla üzləşməyə hazıram. Videoda deyilənlərlə əlaqəm yalnız bu qədərdir.” – deyə, Atilla Peker ifadəsində bildirib.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …