Cümə , Aprel 26 2024
Ana səhifə / Tibb / Çexiyada beyin ölümü gerçəkləşən qadın uşaq dünyaya gətirdi

Çexiyada beyin ölümü gerçəkləşən qadın uşaq dünyaya gətirdi

Çexiyada yaşayan 27 yaşlı Mrtva Eva 16 həftəlik hamilə olarkən iflic olub.

“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, qadının beyin ölümü gerçəkləşib. Süni nəfəs aparatına qoşulan Eva 3,5 ay sonra uşaq dünyaya gətirib.

Möcüzəvi şəkildə doğulan körpənin tam sağlam olduğu bildirilir. Onun çəkisi 2.1 kq olub. Lakin onun anası ailəsinin icazəsi ilə doğumdan sonra süni nəfəs aparatından ayrılaraq vəfat edib.

Qeyd edək ki, çexiyalı həkimlər bildirib ki, dünyada belə hala çox az rast gəlinib. 

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …