Cümə , Aprel 26 2024
Ana səhifə / Tibb / Azərbaycanda bu qədər xəstə orqan gözləyir – Video

Azərbaycanda bu qədər xəstə orqan gözləyir – Video

Azərbaycanda orqanlar üzrə donor gözləyən 500-ə yaxın xəstə var.

Bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Xəzər Xəbər”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, orqan gözləyənlərin çoxu böyrək xəstələridir.

Yeganə Abbasova əlavə edib ki, orqan gözləyən xəstələrin sayı günü-gündən artır, donor tapmaq isə çətinləşir.

Qeyd edək ki, yeni qanuna əsasən, artıq meyitdən orqan və ya toxuma götürmək mümkündür. Lakin bu orqanlar sadəcə Bakıda və regionlarda süni tənəffüs aparatı olan reanimasiyalarda beyin ölümü diaqnozu qoyulmuş xəstələrdən götürülə bilər.

Əgər orqan bağışlamaq istəyən vətandaş əvvəlcədən bunun üçün Mərkəzə müraciət etməyibsə, o zaman beyin ölümü gerçəkləşdiyi zaman donor olması üçün valideynlərindən razılıq almaq lazımdır.

Orqan bağışlamaq istəyən vətəndaşlar üçün vahid informasiya bazası fəaliyyət göstərəcək. Portal fəaliyyətə başladıqdan sonra orqan bağışlamaq istəyən şəxslər elektron donor kartı ala biləcəklər.

Bu ildən isə bütün transplantasiya əməliyyatları İcbari Tibbi Sığortanın tibbi xidmətlər zərfi ilə ödəniləcək. 

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …