Ana səhifə / Şou Biznes / “Zakir Nəsirovun verəcəyi ifadələr bu məsələdə mühim rol oynayacaq” – Əli Ömərov

“Zakir Nəsirovun verəcəyi ifadələr bu məsələdə mühim rol oynayacaq” – Əli Ömərov

MTN olayları və Akif Çovdarovun tükürpədici əməlləri ifşa olunanadək əsrin yeganə qanqsteri kimi tanıdığımız Hacı Məmmədovun Ali Məhkəməyə müraciətinin icraata götürülməsi tezliklə bu istiqamətdə də yeni sitausiya ilə üzləşəcəyimizdən xəbər verir…

Qeyd edək ki, H. Məmmədov “yeni açılmış hal” üzrə məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir. Ərizə hakim tərəfindən öyrənildikdən sonra müraciətin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazacaq.

Bu rəyin müsbət olacağı söylənilir və beləliklə də ömürlük həbs cəzası alan DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, “Hacı Məmmədov işi”nə görə ömürlük həbsdə yatan general-mayor Zakir Nəsirovun bəraət alması gözlənilir…

Mövzu ilə əlaqədar olaraq Moderator.az – a açıqlama verən keçmiş baş prokurur Əli Ömərovun sözlərinə görə, əvvəlcədən bu barədə hər hansı fikir söyləmək doğru olmazdı, hər şey istintaqda məlum olacaq:

“Mən məsələ ilə dərindən tanış deyiləm.Onu deyə bilərəm ki, hər şey işin obyektiv aparılmasından asılıdır. Zakir Nəsirovun bəraət alma məsələsinə istintaq qərar verəcək. Həmçinin onun verəcəyi ifadələr də bu məsələdə mühim rol oynayacaq.”

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın