Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Xalq artisti Röya: “Bir kişi ilə yaşaya bilmərəm” – VİDEO

Xalq artisti Röya: “Bir kişi ilə yaşaya bilmərəm” – VİDEO

“Mən bir kişi ilə yaşaya bilmərəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “ATV Maqazin 10larla” proqramında deyib.
Sənətçi şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. 
“Soruşdular ki, yenidən ərə gedərsən? Cavab verdim ki, getmərəm. Oğlum Hüseynin 10 yaşı var. Bundan sonra bir kişi ilə evdə oturub, o desin, mən edim və ya əksinə, mən deyim, o etsin… Bu kimi şeylər ola bilməz. Oğlum məni evdə yastıqla gözləyir. Kişi evdə maykada gəzmir. Bu nədir? Artıq belə olmasını istəmirəm” – deyə, R.Ayxan bildirib.
Röya şəxsi həyatında heç kimin olmadığını diqqətə çatdırsa da, ara-sıra başı sevgi flörtlərinə qarışdığını da etiraf edib:
“Zaman-zaman flört edirəm. 20 il öncə bu sualı o biri Röyaya versəydilər, tamam başqa cür cavab alardılar. İndiki kişilərə baxıb deyirəm ki, onlardan daha çox bilirəm və daha güclüyəm”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …