Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Şou Biznes / Xalq artisti: “Mənə görə çox evlər dağılıb”

Xalq artisti: “Mənə görə çox evlər dağılıb”

Əgər kişi bir neçə həyat yoldaşı düşünürsə, hamısına eyni diqqəti göstərməlidir. Yaxşı qadının yanından kişi getməz. Qadın özü haqqında düşünəndə, həyat yoldaşını bölüşmək istəməyəndə, eqoist olur.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova “Bizimləsən” verilişində deyib. Müğənni özü ilə bağlı maraqlı etiraflar edib:

“Xanımın hər şeyə qarşı siyasəti olmalıdır. Əgər arvad həyat yoldaşının ikinci ilə münasibətinə razılıq versə, bunun davamı gələcək. Kişilər acgözdür. Mənə görə çox evlər dağılıb. Acıqca deyirəm, mən buna layiqəm. Qadın kişiyə nəvazişi, hörməti bilib, yaşatmırsa, eləsindən qaçmaq lazımdır. Yaxşı qadından, anadan, başı yerində olan kişi qaçmaz. Qızımın atası ilə yol gedirdim. Dedim ki, mənə “Vağzalı” qismət olmadı. Cavab verdi ki, “Hə, klarnetlə gedib, zurnayla qayıdanlar var”. Müdrik olsan, nəyisə udsan, üstündən keçsən hə. “Sən mənə niyə xəyanət etdin” deyib, dalaşsan, heç vaxt ailə qura bilməyəcəksən. Qursan da, o ailə dağılacaq”.

Həmçinin oxuyun

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya …

Bir cavab yazın