Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Avropa Tramp kimi prezidentə hazır deyil – Martin Şults

Avropa Tramp kimi prezidentə hazır deyil – Martin Şults

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, Avropa Parlamentinin (AP) rəhbəri Martin Şults belə hesab edir.

“Avropa, ABŞ-ın özü belə belə bir prezidentə hazır deyil.”, – Şults “ABŞ-da seçkiöncəsi kampaniyanın gedişində respublikaçı namizədlər arasında ən məşhuruna münasibətdə hansı fikrə sahibsiniz?” sualını cavablandırarkən söyləyib.

Şultsun fikrincə, Donald Trampın siyasi stili “daim başqalarına hücum və günahkarı başqa yerdə axtarmaq”dan ibarətdir.

“Tramp o tip siyasətçilərdəndir ki, həyatın hər bir halı üçün günahkar tapa bilir.”, – AP rəhbəri ABŞ-lı milyarderin siyasi və sosial-iqtisadi məsələlərdə mövqeyini tənqid edərək fikirlərini bildirib.

ABŞ-da prezident postuna respublikaçılardan yekun namizədin adı bu il 18-21 iyul tarixlərində məlum olacaq. Prezident seçkiləri isə noyabrın 8-də keçiriləcək.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın