Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Vüsalə Azərdən ayrılması haqda ilk dəfə danışdı

Vüsalə Azərdən ayrılması haqda ilk dəfə danışdı

Məşhur aparıcı Vüsalə Əlizadə ARB televiziyasında yayımlanan “Onun sirri” verilişində ilk dəfə şəxsi həyatı haqqında danışıb.

Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər Zahiddən ayrılmasının səbəbini açıqlayıb.

“Artıq doqquz ildir ki, biz ayrılmışıq. Diləyin bir yaşı var idi. İndiyə qədər o insanla, ailəsi ilə bağlı heç yerdə bir kəlimə belə xoşagəlməz ifadə işlətməmişəm. Bunu ailəmdən aldığım tərbiyəyə, insani keyfiyyətlərimə və qız uşağı böyütməyimə sığınaraq etməmişəm. Bu məsələdə adım təhqir dolu sözlərlə hallanıb. Mən Diləyə görə susmuşam, deyəcək sözüm də var. Övladım zamanı gələndə hər şeyi biləcək. O insanla bağlı heç nə danışmaq istəmirəm. Onun da ailəsi var, özü bilər, öz həyatını yaşasın. Mən övladımla çox xoşbəxtəm, onun sevgisi bir dünyadır. Hamı bilir ki, ailəmin dağılmasında bir qram səhvim olmayıb. Sadəcə olaraq yola getməmişik və böyük problemlər də ondan yaranıb. Sağlamlığımı belə təhlükə altına alıb, övlad dünyaya gətirmək üçün ölümümə imza atan qadınam. Mən böyrək köçürülməsindən sonra Azərbaycanda ilk qadındam ki, övlad dünyaya gətirmişəm. Çox qadınların risk etmədiyi addımı atdım. Mən ailəmi qorumaq üçün hər riskə getdim. Bu qədər kifayətdir”, – deyə teleaparıcı söyləyib.

Qeyd edək ki, Azər Zahid üçüncü dəfə evlənib. O, aparıcı Vüsalə Əlizadə ilə ailəli olub. Onun Vüsalə Əlizadə ilə nikahından Dilək adlı qızı var.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …