Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bu gün İTC-nin müqəddəs “Bayraq Günü”dür

Bu gün İTC-nin müqəddəs “Bayraq Günü”dür

Əziz soydaşlarım!

Bu gün İrəvan Türk Cümhuriyyətinin bayraq günüdür. 04 iyul 2020-ci il tarixində İTC-nin Millət Şurasının toplantısında geniş müzakirələrdən sonra hazırlanmış ay ulduzlu üçrəngli bayrağımız qəbul olundu. Böyük inamla qeyd edirik ki, bu möhtəşəm bayrağımız tezliklə tarixi torpaqlarımızda (indiki Ermənistanda) dalğalanacaqdır.

İndiki Ermənistan ərazisi bütövlükdə Azərbaycan torpaqlarıdır və coğrafi baxımdan İrəvan Türk Cümhuriyyətinin 04 iyul 2020-ci il tarixində qəbul etdiyi yeni bayraqda bu məqam öz əksini tapır. Bayraq ümumilikdə Azərbaycan bayrağını təsvir edir.

Yuxarıda göy xətt türkçülüyümüzün, aşağıda yaşıl xətt isə müsəlman olmağımızın rəmzidir. Bayrağımızın əsas fonunun qırmızı rəngdə olması özündə çağdaşlığımızı və min illər boyu o torpaqlarda şəhidlərimizin axıdılan qanını təsvir edir. Çox möhtəşəm bir bayraqdır.

Əziz soydaşlarım hər birinizi İTC-nin müqəddəs “Bayraq Günü” münasibətilə ürəkdən təbrik edirik!

Hörmətlə, İTC Mətbuat və İnformasiya Departamentinin rəhbəri. Təbriz Musayev

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …