Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Üzeyir Mehtizadənin “YouTube” kanalının baxış sayı 1 milyardı ötüb

Üzeyir Mehtizadənin “YouTube” kanalının baxış sayı 1 milyardı ötüb

Müğənni Üzeyir Mehtizadənin “YouTube” kanalı “Uzeyir Mehdizade Official” bu platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı olub.

2,06 milyon abunəçisi olan kanalda 311 video yerləşdirilib.

Qeyd edək ki, 2020-ci ilin yanvarında “YouTube” video portalı kanal abunəçilərinin sayı 1 milyona çatan Ü.Mehtizadəni “qızıl düymə” ilə mükafatlandırıb.

Xatırladaq ki, Ü.Mehtizadə 1992-ci il mayın 19-da anadan olub. İfaçının ondan çox albomu buraxılıb. O, Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib. Oxu.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …