Ana səhifə / Şou Biznes / Türkiyənin məşhur aktrisası anası ilə Bakıda… – FOTOLAR

Türkiyənin məşhur aktrisası anası ilə Bakıda… – FOTOLAR

Türkiyənin məşhur aktrisası Müge Boz rol aldığı “Qış nağılı” filminin mətbuat konfransı üçün Bakıya gəlib.

Aktrisa paytaxtımıza anası ilə təşrif buyurub.

Mətbuat konfransına da anası ilə qatılan aktrisa film haqqında təəssüratlarını bölüşüb: “Gözəl komanda ilə çalışdım. Ötən dəfə bacımla gəlmişdim, o a filmdə kiçik rol aldı. Hazırda işləri olduğu üçün gələ bilmədi. Bu dəfə anamla gəlmişəm. Siz çox qonaqpərvərsiniz. Burada olmaqdan məmnunam. Çəkilişlər çox maraqlı keçdi. Əyləncəli, peşəkar komanda ilə çalışmaq mənə zövq verdi”.

Qeyd edək ki, “Cinemazadeh” tərəfindən ərsəyə gətirilən film dekabrda təqdim olunacaq.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …