Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Toyuna 2 min manat yazdırmışdım, gəlib 200 manat yazdırıb” – Xatun Əliyeva

“Toyuna 2 min manat yazdırmışdım, gəlib 200 manat yazdırıb” – Xatun Əliyeva

Müğənni Xatun Əliyeva oğlu Adilin bir neçə gün əvvəl baş tutan toy məclisə pul yazdırmayan məşhur haqda danışıb.

Sənətçi bu haqda “Zaurla Günaydın” proqramında söz açıb. Aparıcının “Olub ki, toyuna gedib yaxşı pul yazdırmısan, amma o gəlib sənə çox az pul yazdırıb” sualını belə cavablandırıb:

“Olub ki, gəlib, ümumiyyətlə, toya pul saldırmayıb. Olsun, heç nə demədim, nə deyim? Mən pulu düşünərək toy etməmişəm. Biri də olub, toyuna 2 min manat yazdırmışdım, gəlib 200 manat yazdırıb. Bilmirəm niyə elə edib. Pis oldum, dedim, yəqin, pulu olmayıb. Yazdırdığını qaytarmaq istəyirdim”.

Qeyd edək ki, Adil Gülnar adlı xanımla ailə qurub./Milli.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …