Belə ki, televiziya kanallarının birinə çıxan və özünün Nurəddin kimi təqdim edən kişi sənətçini canlı efirdə yaxın qohumlarına əl tutmamaqda günahlandırıb. Bundan sonra Nurəddin kişi müğənnini təhqir edərək onu yalançılıqda ittiham edib. Tacir Şahmalıoğlu isə onu 85 yaşlı anasına baş çəkməməkdə günahlandırıb: “İlk dəfədir ki, Azərbaycanda məndən narazı olan insan görürəm. Məndən Azərbaycanda narazı insan yoxdur. Mən həyatda əmilərimə, dayılarıma sayğıda qüsurum olmayıb. Bütün nəsil bilir ki, mən hər kəsə sayğılı olmuşam. Dayım yaşlı insandır. Mən bunu yaşla bağlayıram, özünü idarə edə bilmir. Bizim ailənin sözünü xalqa aşılayır. Burdan ona səslənirəm, ekrana, efirə gedincə 85 yaşında bacısinı yoxlasın. Bu yaxında itki verib, oğlunu itirib. Get bir qardaş kimi ona təskinlik ver. Bu lazımsız işdir. Mən dayımı 30 ildir dayımı görmürəm. Bu söhbət deyil.”

Nurəddin kişi sənətçini “3 ölümün yerinə gəlməyib” deyə qınayıb. Bundan əsəbiləşən sənətçi “imkanım olmayıb, ölüsünün yerinə getməmişəm”-deyə dayısına irad bildirib. (AzNews.az)