Cümə , Oktyabr 30 2020
Ana səhifə / Şou Biznes / Təhsil eksperti ATV-ni yıxıb-sürüdü: Elə telekanalın belə də aparıcısı olar…

Təhsil eksperti ATV-ni yıxıb-sürüdü: Elə telekanalın belə də aparıcısı olar…

Tanınmış təhsil eksperti Etibar Əliyev açıqlamasında məktəb direktorunun ölümünə bais olmuş jurnalisti və onun çalışdığı telekanalı kəskin tənqid edib:

“Mən Telman Qardaşovun ölümünə təəssüflənirəm. O, həm yaxşı riyaziyyatçı, həm də qabqacıl məktəb direktorlarından biri idi. Televiziyaların əməkdaşları özlərini çox ərköyün aparırlar. Bir çox hallarda isə tərbiyəsizliyə yol verirlər. “Yoxlama” adlı veriliş olar? Elə bu adı eşidən istənilən müəssisə rəhbəri həyəcan keçirə bilər. Teleaparıcıların çoxu məktəb direktoru, yaxud müəllim görəndə elə bil ki, cani görürlər. Namiq Qaraçuxurlu, Ədalət Şükürov və başqa müğənnilərlə isə saatlarla söhbətləşirlər. Onlara pişiklənirlər. Siz bu aparıcı Azər İsmayılov haqqında internetdə axtarış verin və görün o kimdir. Qalmaqal, boşanma, yekəxana müsahibələrdən başqa heç nə tapa bilməzsiniz. İndi soruşmaq lazımdır 171 saylı məktəbdə bunlar nə gəzir? Nəyi yoxlayırlar?

Təhsil sahəsində hansısa xoşagəlməz hadisə baş verəndə azərkimilərin gözləri işiqlanır. Bir pozitiv işi görməzlər. ATV kanalında kimsə bir intellektual verilişə rast gəlibmi? Elə telekanalın belə də aparıcısı olar. Telman Qardaşovun ölümünün səbəbləri ciddi araşdırılmalıdr”. (Moderator.az)

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın