Ana səhifə / Şou Biznes / Şəbnəm konsertə görə İsrailə getdi

Şəbnəm konsertə görə İsrailə getdi

Müğənni Şəbnəm Tovuzlunun sentyabrın 21-də İsrailə yola düşüb. 

Sənətçi orada konsert proqramı ilə çıxış edəcək. Konsertlə bağlı bir müddət əvvəl qalmaqal yaşanıb. İsraildə yaşayan azərbaycanlıların Şəbnəmin gəlişinə etiraz etdiyi iddia olunub. İddiaya görə, etirazlara səbəb Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olması olub.

Şəbnəm Tovuzlu bir neçə gün əvvəl deyib ki, konsertini təxirə salıb. O, şəhidlərə görə belə addım atdığını bildirib. Hətta ifaçı tədbiri təşkil edən şirkətin onu məhkəməyə verib təzminat tələb etdiyini də söyləyib. Axşam.az

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …