Ana səhifə / Şou Biznes / Şuşalı Zöhrə Abdullayeva: “Mən hələ ömrümdə bu qədər sevinməmişdim”

Şuşalı Zöhrə Abdullayeva: “Mən hələ ömrümdə bu qədər sevinməmişdim”

Bu gün- 8 noyabr Qarabağın döyünən ürəyi Şuşa şəhəri Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu müjdəsi bütün Azərbaycan xalqı tərəfindən böyük coşğu ilə qarşılanıb.

Musavat.com Şuşada anadan olmuş Əməkdar artist Zöhrə Abdullayevanın sevinc təəssüratlarını öyrənməyə çalışıb. Əməkdar artist Şuşa müjdəsini göz yaşları içərisində aldığını bildirib:

“Mən o qədər ağlamışam ki… Hələ ömrümdə bu qədər sevinməmişdim. Bildiyiniz  kimi 4 il ərzində gülmək, sevinmək nə olduğunu bilmirdim. Şuşanın müjdəsi mənim oğul dərdimi bir qədər yüngülləşdirdi.

Ali Baş Komandanın boyuna qurban olaram. Dünyada bizim xalqın üzünü ağ elədi. Biz hamımız onun ətrafında yumruq kimi birləşməliyik”.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdu. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdü. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Həmçinin oxuyun

“Kişilər qadınlardan pis qeybət edirlər” – Afaq Bəşirqızı

“Kişilər qadınlardan pis qeybət edirlər”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov …