Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Xəbəri eşidəndə göz yaşımı saxlaya bilmədim” – Polad Bülbüloğlu

“Xəbəri eşidəndə göz yaşımı saxlaya bilmədim” – Polad Bülbüloğlu

Mən qarabağlı olaraq bu xeyir xəbəri eşidən göz yaşımı saxlaya bilmədim. Allaha şükür edirəm ki, bu günü, qələbəmizi gördüm. Şuşada görəcək işlərimiz çoxdur.

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

“Biz abidələrimizi Şuşaya qaytarmalıyıq, mən Şuşada atamın evini, “Xarı bülbül festivalı”nı yenidən bərpa etməliyəm. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra söz verdim ki, bu festival yalnız Şuşa, Qarabağ azad olunduğu zaman keçiriləcək. Bunun vaxtı gəlib çatıb.

Mən hörmətli prezidentimizə, cənab Ali Baş Komandanımıza təşəkkür edirəm. Mən hər bir əsgərin qarşısında baş əyirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və qalmayıb. Bu gün Şuşa azaddır. Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, yaşasın bizim birliyimiz!”

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …