Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Süni tənəffüs və döyüş səhnələri bizi yordu” – Türkiyəli məşhurlar Bakıdadır

“Süni tənəffüs və döyüş səhnələri bizi yordu” – Türkiyəli məşhurlar Bakıdadır

Türkiyənin tanınmış simaları Ahmet Kural, Murat Cemcir, Seadət İşıl  “Ailəlikcə şaşkınız” filminin təqdimat mərasiminə qatılıb.

Musavat.com xəbər verir ki, Park Bulvarın birinci mərtəbəsində ilk olaraq imza günbü keçirilib. Məşhurar fanatları ilə foto çəkdirib, imza paylaşıblar.  Daha sonra film nümayiş olunub. Ekran işini izləməyə gələnlər arasında Pərvin Abıyeva, Dilarə Əliyeva, Fərda Xudaverdiyev və başqaları olub. Alqışlarla bitən filmdən sonra aktyorlar öz təəssüratlarını bölüşüblər.

“Filmi tamaşaçılarla birlikdə izlədik, zala daxil olanda çox həyəcanlı idik ki, görəsən, necə olacaq, bəyənəcəklər, ya yox. Reaksiyalarından anladıq ki, xoşlarına gəlib. Bakıdakı qala gecəmiz bizim üçün yaddaqalan oldu. Demək olar ki, hər səhnəyə güldülər. Azərbaycanlı tamaşaçılardan isti münasibət görmək sevindiricidir” – deyə Ahmet Kural bildirib.

Murat Cemcir isə filmlə bağlı gözləntilərinin böyük olduğunu dilə gətirib: “Türkiyə və Azərbaycandan başqa Hollandiya, Belçika və Almaniyada da filmin təqdimat mərasimləri keçirilib. Bütün ölkələrdən müsbət rəylər almışıq. Ümumilikdə, Türkiyədə 5 həftədə 3 milyondan çox izləyici toplaya bilmişik. Çətin səhnələr çox oldu. Məsələn, süni tənəffüs və döyüş səhnələri bizi yordu”.

Sonda aktyorlar yenidən tamaşaçılarla birgə foto çəkdirib.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …