Çərşənbə , May 8 2024
Ana səhifə / Şou Biznes / Şantaja görə həbs edilən müğənninin şikayəti üzrə məhkəmə başlayıb

Şantaja görə həbs edilən müğənninin şikayəti üzrə məhkəmə başlayıb

Bakı Apelyasiya Məhkəməsində şantaj edərək hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Məmmədov Səfa Şəfa oğlunun barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apelyasiya şikayətinin dəlillləri araşdırılıb.
Məhkəmə baxışı noyabrın 5-ə təyin edilib. 
İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli G.Qasımovaya qarşı törədib. İlkin məlumata görə Məmmədov zərərçəkmişi əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi  S.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.

Həmçinin oxuyun

Afaq Bəşirqızı: “Mən parka, gəzintiyə həsrətəm” – VİDEO

“Məşhurluq çox çətin məsələdir. Özü də Bəşir Səfəroğlunun qızı olmaq çox çətindir”. Moderator.az xəbər verir …