Ana səhifə / Şou Biznes / Rəqsanə ögey oğlu ilə qızının videosunu paylaşdı – Səhv başa düşüldü

Rəqsanə ögey oğlu ilə qızının videosunu paylaşdı – Səhv başa düşüldü

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə qızı Aysunla ögey oğlu Elvinin videosunu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, video bacı-qardaş restoranların birində rəqs edərkən lentə alınıb. Rəqsanə görüntüyə “Toyunuzu görüm, inşallah” şərhini yazıb. Sosial şəbəkə istifadəçiləri isə bunu səhv başa düşərək Elvini Aysunun nişanlısı bilib müğənnini təbrik ediblər.

Qeyd edək ki, Elvin biznesmen Fazil Əmiraslanovun ilk evliliyindən olan oğludur. İş adamı ilə Rəqsanənin əkiz övladı var. F.Əmiraslanov müğənninin qızları Aysun və Yağmura da öz soyadını verib.

 

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …