Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Tovuzda toyda kütləvi dava: bir nəfər xəstəxanaya düşdü

Tovuzda toyda kütləvi dava: bir nəfər xəstəxanaya düşdü

Tovuzda şadlıq evlərinin birində toy zamanı xoşagəlməz hal yaşanıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Aşağı Quşçu kənd sakini, 31 yaşlı Zülfüqar Məhərrəmov qonşularının toyunda iştirak edən zaman əvvəl bir nəfər tərəfindən qəfil vurulub. Daha sonra 11 nəfərin hücumuna məruz qalıb. Kütləvi dava zamanı toya qonaq gələn şəxslər onu döyərək xəstəxanalıq ediblər. Kəllə-beyin travması alan Zülfüqar Məhərrəmov təcili yardım vasitəsi ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafi olsa da, həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …