Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Roza Zərgərli: “Nuranı ulduz saymıram, Elza ilə barışmaram” – VİDEO

Roza Zərgərli: “Nuranı ulduz saymıram, Elza ilə barışmaram” – VİDEO

Qalmaqallı açıqlamaları ilə şou əhlinin yuxularını qarışdıran məşhur müğənni Roza Zərgərli sənət yoldaşları barədə səsləndirdiyi növbəti fikirləri ilə gündəmi alt-üst edib.

ATV telekanalında yayımlanan “7 canlı” proqramında qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.

Zərfdən çıxan “Mənə söz atdı, gündəmə gəldi” sözlərinə cavab olaraq, Roza monitorda fotosu əks olunan Əməkdar artist Mətanət İsgəndərlinin adını çəkərək, fikirlərini belə davam edib:

“Mətanət dostumdur. Bu sözləri ona aid etmək istəyirəm. Çünki növbəti zərfdə daha ağır sözlər ola bilər”.

Növbəti zərfdə yazılan “Onu ulduz hesab etmirəm” ifadəsini şərh edən Zərgərli uzun illərdir aralarında qalmaqal yaşanan həmkarı Nura Surinin adını çəkib:

“Nura ilə mən qoç bürcündənik. İki qoçun başı bir qazanda qaynamaz”.

Şou-biznesin “Qara dama”sı adlandırılan Roza zərfdən çıxan “O mənim qara siyahımdadır” sözlərini isə sənət yoldaşı Əməkdar artist Abbas Bağırova ünvanlayıb.

“Xarakteri zəifdir” sözlərini isə R.Zərgərli aylar öncə aralarında söz-söhbət yaşanan meyxanaçı Namiq Qaraçuxurluya aid edib.

Zərfləri bir-bir açıb içindən çıxan sözləri şillə kimi həmkarlarının üzünə vuran Roza maqazin proqramlarının birində söz savaşına çıxdığı Əməkdar artist Elza Seyidcahanın monitorda fotosunu görər-görməz onunla barışmayacağını dilə gətirib.

oxu.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …