Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Plastik əməliyyatların sayını itirmişəm” – Lalə Məmmədova

“Plastik əməliyyatların sayını itirmişəm” – Lalə Məmmədova

“Plastik əməliyyatlarımın sayını itirmişəm. Başqaları kimi demirəm ki, oturdum, anadangəlmə dünya gözəli idim”.

Bu sözləri Əməkdar artist Lalə Məmmədova “Ziq-zaq” proqramında deyib. Müğənni etdirdiyi plastik əməliyyatlardan danışıb:

“Üzümdə təkcə burnuma müdaxilə etdirmişəm. Ana olmuşam, iki övlad dünyaya gətirmişəm. Səhnə adamıyam, nə cür olmalı idi? Elə qadınlar var ki, səhnə adamı deyil, amma özlərinə baxır. Şişirtməklə yox, kəsib-doğramaqla dəyişirəm. Bir şey varsa, gözümə görünürsə, kəsib yox edirəm. Bu mənim daxilimdir, oynanılası nəsə yoxdur”.

L.Məmmədova sosial şəbəkədə yeni görünüşünün tənqid edilməsinə münasibət bildirib:

“İnsanları da anlayıram. Amma kiminsə burnu, qulağı xoşuma gəlməsə, yazmaram, niyə bu gündəsən. Gərək daşdan, divardan olasan ki, həmin sözlər sənə təsir etməsin. O qədər həyatları gözəl osun ki, girib mənə nəsə yazmağa vaxtı olmasın”. Axşam.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …