Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Oğlum bir araya yığışmağa da qoymur” – Nazpəri

“Oğlum bir araya yığışmağa da qoymur” – Nazpəri

Xalq artisti Nazpəri Dostəliyeva oğlu Ələkbərdən danışıb kövrəlib.

Axşam.az xəbər verir ki, müğənni övladının sabah ad günü olacağını bildirib. “Zaurla Günaydın” verilişində danışan Dostəliyeva böyük oğlu Əlinin vəfatını xatırlayaraq bunları deyib:

“3 ildir Ələkbər ad günü etmir. Yığışıb oturarıq, ad günün mübarək. Bir yerdə olsaq yaxşıdır (kövrəlir). Qardaşının vəfatından sonra ad günü etmir. Hətta deyir ki, bir araya da yığışmayın, pis oluram, qardaşımı görmürəm. Heç uşaqların da ad gününü keçirtməyi qoymur. Deyirəm ki, onlar uşaqdır, olmaz. 

Bir Allah bilir ki, çox çətindir. Ürəyində ağrı, acı, dərd daşıyırsan ki, ölənə kimi səni yandırır”.

Qeyd edək ki, Nazpərinin oğlu Əli ürəktutmasından dünyasını dəyişib. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …