Ana səhifə / Şou Biznes / Nazir əvəzi gözlənilmədən “Azərpoçt”a gəldi

Nazir əvəzi gözlənilmədən “Azərpoçt”a gəldi

Rabitə və yüksək texnologiyalar naziri vəzfəsini icra edən Ramin Quluzadə bu gün qəfidən “Azərpoçt” MMC-yə gəlib.

Bu barədə virtualaz.org saytına həmin qurumda işləyən əməkdaşlar məlumat veriblər.

Nazir əvəzi “Azərpoçt”a xəbərdarlıqsız gəlib və qurumun necə işlədiyini yoxlayıb.

Mənbənin məlumatına görə, bu cür qəfil reyd ondan xəbər verir ki, nazirlikdə, necə deyərlər, təmizləmə işi bundan sonra da davam etdiriləcək.

Xatırladaq ki, Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev noyabrın əvvəlində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Sonradan onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın