Ana səhifə / Media / Azərbaycanda 2-ci qıza görə 10 min manat verilməsi ilə əlaqədar – AÇIQLAMA

Azərbaycanda 2-ci qıza görə 10 min manat verilməsi ilə əlaqədar – AÇIQLAMA

Azərbaycanda 2-ci qıza görə 10 min manat verilməsi məsələsinə nazirlikdən reaksiya gəlib.

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda 2-ci qız övladının doğulmasına görə verilməsi nəzərdə tutulan 10 min manatla bağlı əhali arasında yaranan suallara aydınlıq gətirərkən mükafatlandırma sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırlandığını və 2015-2020-ci illər üçün nəzərdə tutulan demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsinə dair Dövlət Proqramına salındığını deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib ki, həvəsləndirmənin hansı formada olacağını qəti demək tezdir:

“Heç bir dövlət rəsmisinin dilindən “10 min manat veriləcək” ifadəsi çıxmayıb. Bu rəqəmi mətbuatın haradan tapdığı bilinmir. Sadəcə, bildirilib ki, müxtəlif variantlar var, onlardan biri də həvəsləndirmədir. Bunun hansı formada olacağını demək tezdir”.

Nazirliyin sözçüsü qeyd edib ki, doğulanlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması məqsədi ilə hazırlanacaq fəaliyyət planında abort siyasətinə yenidən baxılması və bir sıra başqa məsələlər nəzərdə tutulub:  “Proqramda hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması, qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması və digər tədbirlərin nəzərdə tutulmasının zəruriliyi bildirilir”. (modern.az)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın