Ana səhifə / Şou Biznes / Nazilə Səfərlinin həbs xəbəri ilə bağlı DİN-dən açıqlama

Nazilə Səfərlinin həbs xəbəri ilə bağlı DİN-dən açıqlama

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.

“Qafqazinfo” hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Nazilə Səfərlinin həbs xəbəri həqiqəti əks etdirmir:

“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”. 

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …